Zelenski Rusiya ilə İstanbulda keçiriləcək görüş barədə açıqlama verib

“Rusiya hələ də Prezident Volodimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə Türkiyədə birbaşa görüş keçirmək təklifinə cavab verməyib.”

“Dalğatv” xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Ukrayna hər zaman diplomatiyanı dəstəkləyib. Mən Türkiyəyə gəlməyə hazıram. Təəssüf ki, bu günə qədər dünya Rusiyadan atəşkəs təkliflərinə dair aydın cavab almayıb. Rusiya tərəfinin hücumları və bombardmanları davam edir. Moskva birbaşa görüş təklifinə bütün gün cavab vermədi. Bu, olduqca qəribə bir susqunluqdur. Nə olursa-olsun, Rusiya bu müharibəni bitirməli olacaq və bunu nə qədər tez etsə, bir o qədər yaxşıdır. Qətl və dağıntıları davam etdirməyin heç bir mənası yoxdur,” – Zelenski vurğulayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey