Almaniyanın Barleben şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman festivalı keçirilib

Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının birgə təşkilatçılığı ilə Almaniyanın Barleben şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş idman festivalı keçirilib.

“Dalğatv” “Azərtac”a istinadən xəbər  verir ki, yerli sakinlər üçün əsl bayram əhval-ruhiyyəsi yaradan festivala Almaniyanın Saksoniya-Anhalt federal əyalətinin paytaxtı Maqdeburqdan və ətrafdakı digər şəhərlərdən böyükdən-kiçiyə yüzlərlə sakin qatılıb. Ailə dəyərlərinin təşviqi, uşaq və gənclərin mənəvi və fiziki inkişafına töhfə vermək məqsədilə təşkil olunan festivalda balacalarla yanaşı, valideynlər də fəal iştirak ediblər. Əyləncəli viktorinalar, maraqlı attraksionlar və hərəkətli oyunlar böyük maraqla qarşılanıb. Səhnə ətrafında təşkil olunan rəqs proqramlarında həm uşaqlar, həm də böyüklər coşqu ilə iştirak ediblər. Şən musiqilər, milli və müasir ritmlər tədbir iştirakçılarının əyləncəsinə xüsusi rəng qatıb.Festivalın əsas ideya xəttini Ulu Öndər Heydər Əliyevin ailəyə, uşaqlara və gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinə daim göstərdiyi yüksək diqqət və qayğı təşkil edib. Məhz bu yanaşma tədbirin ruhuna sirayət edib və iştirakçılar arasında maraqla qarşılanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey