Azərbaycanın Gürcüstandakı səfirliyi xüsusi qayğıya ehtiyacı olan uşaqları sevindirib

Azərbaycanın Gürcüstandakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müxtəlif kənd və rayonlarda yaşayan aztəminatlı, yoxsul ailələrin övladlarına, xüsusi qayğıya ehtiyacı olan kimsəsiz uşaqlara yardım edib.

Bayram sovqatı “Ümid Yardım Fondu”nun xətti ilə çatdırılıb.

Səfirliyin və fondun əməkdaşları ümumilikdə 100-ə yaxın uşağa müxtəlif hədiyyələr təqdim edib, onları sevindirib.

Aztəminatlı ailələr göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

“Ümid Yardım Fondu”nun rəhbəri Minurə Mustafayeva öz növbəsində aztəminatlı ailələri, xüsusən də körpələri sevindirdiyinə görə, Azərbaycan dövlətinə və səfir Faiq Quliyevə xüsusi təşəkkür edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey