Rusiya Sumıya zərbələr endirib, biri uşaq olmaqla 5 nəfər ölüb, 30 yaralı var

Sumıya raket hücumu: ölənlərin sayı 5-ə çatıb

Rusiyanın Ukraynanın Sumı şəhərinə endirdiyi zərbə nəticəsində həlak olanların sayı 5 nəfərə çatıb.

Bu barədə Sumı Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat verib. Bildirilib ki, ağır yaralanan şəxslərdən biri xəstəxanada dünyasını dəyişib.

Həlak olanlar arasında 13 yaşlı qızın da olduğu qeyd olunub.

Məlumata görə, hücum nəticəsində 30 nəfər yaralanıb. Yaralılardan 5-nin vəziyyəti ağır qiymətləndirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey