Gürcüstan hakim partiyasının sədri etirazçıların tələblərindən birini qəbul edib
Gürcüstanda 2020-ci ildə parlament seçkiləri proporsional seçki sistemi ilə keçiriləcək.
Bu barədə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili bildirib.
Onun sözlərinə görə, bu barədə qərar ölkənin üzləşdiyi problemlərlə bağlı verilib.
Partiya sədri parlament seçkilərinin sıfır seçki baryeri şəraitində keçiriləcəyini deyib.
Qeyd edək ki, parlament seçkilərinin proporsional seçki sistemi ilə keçirilməsi etirazçıların tələblərindən biri olub.