Azərbaycan İrana yardım əli uzatdı

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) İran İslam Respublikasına humanitar yardım göndərəcək.

Bununla bağlı FHN məlumat yayıb.
Məlumatlara görə, yardım aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fələkətlə əlaqədardır.

Hazırda ümumi dəyəri 950 min manat olan humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işləri görülür.

Qeyd edək ki, baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey