Tbilisidə etiraz aksiyası dağıdılıb, xəsarət alanlar var
Gürcüstan parlamentinin bütün girişləri aksiyaçılardan tam təmizlənib.
“Report”un yerli bürosu xəbər verir ki, qanunverici orqanın ətraf ərazisi xüsusi təyinatlıların nəzarətinə götürülüb.
Aksiyanın dağıdılması zamanı saxlanılan və xəsarət alanların dəqiq sayı hələlik məlum deyil.
Hazırda Tbilisi meriyasının nəzdindəki “Tbilservice Group” şirkətinin əməkdaşları parlamentin binası önündəki Rustaveli prospektində təmizlik işləri aparırlar.