Baş nazirdən sevindirici açıqlama…

Ölkədə tam kilidlənmə olmayacaq, avtomobildə və ya piyada hərəkətində hər hansı bir məhdudiyyət olmayacaq, bu barədə yayılan məlumatlar sadəcə şayiədir”.

Bu sözləri Baş nazir Giorgi Qaxaria, Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ölkədə heç bir yeni məhdudiyyət olmayacaq, sadəcə 24 dekabrdan bəri açılan ticarət mərkəzləri yenidən bağlanacaq:

“Heç bir şey dəyişmir, dediyimiz kimi, planla davam edirik. Bu planda heç nə dəyişməyəcək. Tam kilidlənmə olmayacaq, avtomobildə və ya piyada hərəkətində hər hansısa bir məhdudiyyət olmayacaq. Sadəcə 24 dekabrdan bəri açılan ticarət mərkəzləri yenidən bağlanacaq. Ölkədə yeni heç bir məhdudiyyət tətbiq olunmayacaq. Düşünürük ki, buna ehtiyac da yoxdur. Bu barədə yayılan məlumatlar sadəcə şayiələrdir”, – deyə Qaxaria bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey