İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub
Xəbər verildiyi kimi, martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub.
AZƏRTAC-ın müxbiri bildirir ki, görüşü açan tədbirin moderatoru, Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms dedi:
– Zati-aliləri, Prezident Əliyev.
İqtisadiyyat naziri, cənab səfir, xanımlar və cənablar.
Almaniyanın Şərqi Biznes Assosiasiyasının adından Zati-alilərini burada – Berlində səmimi-qəlbdən salamlamaq istəyirəm. Lakin hesab edirəm ki, bunu bütöv alman biznes cəmiyyəti adından da deyə bilərəm. Azərbaycan və alman biznesləri arasında iqtisadi əməkdaşlıq haqqında bu gün bu müzakirənin tərəfimizdən aparılması həqiqətən də bizim üçün şərəfdir və bizdə məmnunluq hissi doğurur. Şəxsən məndə bu tədbir xüsusi məmnunluq hissi doğurur, çünki biz sadəcə üç həftə bundan öncə Münxen Təhlükəsizlik Konfransında görüşmüşdük və çox şadam ki, bu gün müzakirələrimizi konkret layihələr haqqında daha konkret səpkidə apara bilərik.
Həmçinin bu gün bu vacib müzakirəyə bir çox alman şirkətləri qoşulduğu üçün də onlara minnətdaram. Burada müxtəlif sektorları təmsil edən, demək olar ki, otuz şirkətin nümayəndələri toplaşıblar. Həmçinin Federativ Hökumətin nümayəndələrini, İqtisadiyyat və İqlim Müdafiəsi Nazirliyindən cənab Rayxenbexeri, xanım Alarixi burada salamlamaqdan məmnunluq hissi keçirirəm. Sizi də salamlayıram. Biz aşağıdakı gündəliyi təklif etmişik. Qısa açılış çıxışımdan sonra Prezident Əliyev Azərbaycanın iqtisadi inkişafı üzrə planlar haqqında strateji icmalı bizimlə paylaşacaq və xüsusilə ikitərəfli əməkdaşlığımız çərçivəsində alman biznesləri üçün imkan və fürsətlər haqqında məlumat verəcək.
Sonra biz dəyirmi masa müzakirəsini təşkil edəcəyik. Biz sizin şirkətlərinizi klasterlər üzrə yığmışıq. Beləliklə, bizim beş klasterimiz var. Birincisi enerji, sonra logistika və infrastruktur, üçüncü sənaye, dördüncü kənd təsərrüfatı və beşinci klaster maliyyə, texniki qaydalar və assosiasiyalardır. Hər birinizdən şirkətiniz, Azərbaycanda planlarınız və layihələriniz barədə qısa məlumat verməyi xahiş edirəm. Xahiş edirəm çıxışınız iki və ya üç dəqiqədən artıq olmasın. Əks halda mən nəzakətsiz davranmaq məcburiyyətində qalaraq sözünüzü kəsməli olacağam. Çünki hər bir klasterdən sonra Prezident öz qeydlərini və bəlkə də sizin konkret təkliflərinizə dair reaksiyasını bildirəcək. Vaxta əməl etməyimiz vacibdir. Həmçinin xahiş edirəm çıxışlarınızda mümkün qədər konkret olun. Bugünkü müzakirənin ən yaxşı nəticəsi o olardı ki, bizdə təqib olunmalı məsələlərin uzun bir siyahısı olsun. Hesab edirəm ki, bu, çox vacibdir. Beləliklə, bu, mənim qısa açılış çıxışım idi. İndi isə sözü böyük məmnuniyyətlə Zati-aliləri Prezident Əliyevə verirəm.
Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:
– Təşəkkür edirəm. Çox sağ olun, cənab Harms.
Xanımlar və cənablar, bu görüşdə iştirak etdiyiniz üçün sizə də təşəkkürümü bildirirəm. Cənab Harmsın vurğuladığı kimi biz üç həftə bundan əvvəl Münxendə görüşmüşdük. Beləliklə, bu, bir aydan az müddətdə mənim Almaniyaya ikinci səfərimdir. Bu dəfə mən Almaniyaya Kansler Olaf Şoltsun dəvəti ilə gəlmişəm. Sabah mənim Prezidentlə və Kanslerlə görüşlərim olacaq və əlbəttə, biz siyasi gündəliyə aid məsələlərlə birlikdə, sözsüz ki, ticari və iqtisadi əlaqələrimizin genişlənməsi imkanlarını da müzakirə edəcəyik.
Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Biz, əslində, beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrəyik və yeni kreditlər götürməyi planlaşdırırıq. Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin biz hələ də əsasən neft və qazı ixrac edirik.
Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Düşünürəm ki, bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Faktiki olaraq, bu, mənim bir neçə il bundan əvvəl hökumətin qarşısında qoyduğum hədəf idi. İndi hədəfə nail olunduğundan biz borclanma strategiyamıza yenidən başlayırıq. Biz artıq Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə başqa beynəlxalq maliyyə institutları ilə ilkin məsləhətləşmələrə başlamışıq. Lakin infrastruktur layihələri, yol tikintisi, dəmir yolu və sair üçün borc aldığımız əvvəlki illərdən fərqli olaraq, indi öz şirkətlərimizin və sənaye sektorumuzun imkanları artdığından, bizim artıq bunun üçün vəsaitə ehtiyacımız yoxdur. Biz nisbətən bu yaxınlarda qəbul edilmiş 2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözlə, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq.
perspektiv planlarımıza gəldikdə, əlbəttə ki, təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. Hazırda Livanın ərazisi qədər sahə tamamilə yerlə-yeksan edilib. Beləliklə, biz “Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start vermişik. Biz proqramı tərtib etmişik və ilk sınaq layihəsini artıq həyata keçirmişik. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planımızda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bir sözlə, bu, böyük proqramdır və onun icrası böyük vəsaitlər tələb edəcək. Biz tamamilə yeni, müasir standartlar əsasında layihəni icra etməyi planlaşdırırıq. Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq yaşıl enerji zonası elan etmişik. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək.
Eyni zamanda, bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Ola bilsin, biz bu mövzunu görüşümüz zamanı daha geniş şəkildə müzakirə edə bilərik. Lakin deyə bilərəm ki, Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Beləliklə, hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq. Bəlkə burada mən çıxışımı yekunlaşdırım ki, müzakirələrimiz üçün çox vaxtımız olsun. Sağ olun.
Moderator Mixael Harms: Cənab Prezident, aydın strateji istiqamətləri təsvir etdiyinizə görə çox sağ olun. Təəssürat bağışlayan rəqəmləri qeyd etdiyinizə görə minnətdaram. Bu, çox maraqlıdır və gördüm ki, bir çox iştirakçı bunları qeyd edir, çünki bizim üçün çox aydın perspektivlər açılır. Gəlin, enerji sahəsi ilə başlayaq. Əvvəlcə mən “Siemens Energy” şirkətinin nümayəndəsi, cənab Vaysa söz verəcəyəm. Sonra “Uniper” şirkətindən cənab Peter Hohaus çıxış edəcək. “S.E.T.” şirkətindən cənab Dohna, “Notus Energy” şirkətindən cənab Pallut, daha sonra cənab Kasapoğlu və doktor Falk. Masa üzərində mikrofonlar qoyulub, onlardan istifadə edin.
“Siemens Energy” şirkətinin təmsilçisi Kristian Vays: Sağ olun. Zati-aliləri, Prezident Əliyev. Xanımlar və cənablar. Əvvəlcə, dəvətə görə çox sağ olun. Mühüm tədbirdir. Adım Kristian Vaysdır. Mən “Siemens Energy” şirkətini təmsil edirəm. Mən enerji sahəsində kommersiya əməliyyatlarına görə Avropa və Mərkəzi Asiya regionları üzrə cavabdehəm. Bizim 90 ölkədə 19 min əməkdaşımız var. Biz, həmçinin Azərbaycanda işləyirik. Orada quraşdırılmış enerji güc avadanlıqlarına xidmət göstəririk. Məmnunluqla qeyd etdim ki, iqtisadiyyatınız güclü dərəcədə artır və Siz alman və digər xarici şirkətlərlə əməkdaşlığı təşviq edirsiniz. Konkret layihələrdən danışsaq, biz artıq uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstəririk. Sumqayıtdakı 500 meqavatlıq Enerji Stansiyası layihəsində iştirakımızdan fərəhlənirik.
Yerli elektrik şəbəkəsinin və elektrik enerjisinin ötürülməsi üçün yarımstansiyaların istismarı, xüsusən də Qarabağ regionunda potensialın qiymətləndirilməsi sahəsində yerli tərəfdaşlarla birgə səylər göstəririk. Yeri gəlmişkən, bu halda Türkiyə və Avropa istiqamətində Qafqaz ölkələrindən elektrik enerjisinin ötürülməsi xətlərinin gücləndirilməsi də nəzərdə tutulur. Bununla yüksək gərginlikli xətlərin tam əlaqəsi təmin edilə bilər. Beləliklə, Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanda istehsal olunmuş elektrik enerjisinin ötürülməsinə imkanlar yarada bilərik. Sonuncu, lakin mühüm məsələ ondan ibarətdir ki, biz BP kimi tərəfdaşımızla birgə Səngəçalda elektrikləşdirmə layihəsinin icrası ilə bağlı öhdəliyi öz üzərimizə götürməyə və dəstək verməyə hazırıq. Dekarbonlaşdırma strategiyası çərçivəsində Azərbaycanın növbəti inkişafını təmin etmək məqsədilə Sizin göstərişləriniz və planınıza uyğun birbaşa və ya dolayı yolla karbohidrogenlərin havaya atılmasının qarşısını almaq üçün tam müasir konsepsiyanı tərtib etmək işinə artıq cəlb olunmuşuq. Biz düşünürük ki, məhz həmin konkret üç sahədə töhfə verə bilərik. Bir daha bildirmək istəyirəm ki, Azərbaycanda işləyirik və ölkənin uğuruna inanırıq. Lakin inanıram ki, biz daha çox işlər görə bilərik. Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
“Uniper” şirkətinin təmsilçisi Peter Hohaus: Hörmətli cənab Prezident, xanımlar və cənablar.
Mən “Uniper” şirkətini təmsil edirəm. Bu gün Sizinlə bu fikir mübadiləsini aparmaqdan çox məmnunuq. Mən “Uniper” şirkətini Berlində təmsil edirəm, çünki mən Sizin təbii qaz üzrə etibarlı tərəfdaş olduğunuzu təsdiq edə bilərəm. Məhz bu sahəni birinci mövzu kimi qeyd etmək istərdim. “Uniper” şirkəti olaraq, iki istiqamət üzrə işləyirik: istehlakçılar üçün təchizatın təhlükəsizliyi və ikincisi, enerji sisteminin dekarbonlaşdırılmasıdır. Təbii ki, biz Sizin şirkətiniz SOCAR ilə 2006-cı ildən etibarən tərəfdaşlıq qurmuşuq. 2013-cü ildə uzunmüddətli müqavilə imzalamışıq və 2019-cu ilin sonundan başlayaraq şirkətiniz bizim üçün Cənub Qaz Dəhlizində etibarlı təbii qaz təchizatçısıdır. Bu səbəbdən düşünürük ki, hazırkı şəraiti nəzərə alaraq, bizim şaxələndirmə strategiyamız dəyişib. Almaniyada hesab edirlər ki, Cənub Qaz Dəhlizinin daha da genişləndirilməsi baş tutsa, yaxşı olardı. Yəni, ötürmə qabiliyyəti 20 milyard kubmetrə qədər artsın, çünki “Uniper” şirkəti olaraq biz həmin marşrutla daha çox təbii qazın təchiz olunmasında çox maraqlıyıq. Buna görə yaxşı olardı ki, hər iki hökumət həll olunmalı qalan məsələlərə diqqət yetirsin və maliyyələşmə sahəsində addımlar atılsın, icazələrin verilməsi prosedurları sürətləndirilsin. Buraya, əlbəttə ki, tənzimləyici qaydaları da əlavə edirəm.
İkinci addım ondan ibarətdir ki, biz artıq enerji səmərəliliyi sahəsində SOCAR ilə birgə işlər görmüşük. Birinci layihə Sumqayıtda SOCAR-ın “Azərikimya” kompleksində həyata keçirilib. Orada biz Azərbaycanda tam inteqrasiya edilmiş ilk istilik enerji stansiyasını tikib təhvil verdik. Bu layihənin daha da genişləndirilməsi üçün əlavə imkan var, çünki “Uniper” şirkəti dekarbonlaşdırmaya 2035-ci ildə kömürdən tamamilə imtina edərək enerjinin istehsalına tam sadiqdir. Bu səbəbdən növbəti enerji keçidi üçün biz SOCAR ilə artıq birgə işçi qrupu yaratmışıq ki, ölkənizdə yaşıl hidrogenin potensialını araşdıraq. Biz Çilov adasında artıq kiçik külək enerjisi stansiyasını istismara vermişik. Gələn illərdə bərpaolunan enerji potensialının çox yüksək olduğunu görürük və bilirik. Enerjinin ənənəvi sahəsində, yəni, təbii qaz və neft sektorunda qalmamaqdan ötrü hökumətlərimizin dəstəkləməli olduğu ümumi ikitərəfli əməkdaşlıq üçün qeyd etdiklərim növbəti iş sahəsi ola bilər. Zati-alinizin qeyd etdiyi kimi, bu, ölkənizdə, həmçinin şaxələndirmə üçün çox vacibdir və biz bu sahəyə töhfə verməyi arzulayırıq. Çox sağ olun.
Moderator Mixael Harms: Sağ olun. Buyurun, cənab Dohna.
“SCT Energy” şirkətinin təmsilçisi Dohna York: Hörmətli cənab Prezident, giriş sözünüzə görə təşəkkür edirəm. Çox maraqlı çıxış oldu. Biz kifayət qədər kiçik və o qədər də tanınmayan alman şirkətiyik. Bu, bir ailəyə məxsus və Hamburqda yerləşən şirkətdir. Bununla belə, biz enerji, xüsusən də neft və qaz sənayesi sahəsində 40 ildən artıqdır ki, fəaliyyət göstəririk. Atdığımız ilk addımlardan və gördüyümüz işlərdən biri Azərbaycanla bağlı olmuşdur. Həmin vaxt şirkətə mən rəhbərlik etmirdim, hələ məktəbdə təhsil alırdım. Ailəmizin digər üzvləri 1990-cı və 2000-ci illərdə SOCAR-dan olan tərəfdaşlarla çalışırdılar. Elə həmin vaxtdan biz SOCAR ilə münasibətlərimizi qoruyub saxlamışıq. Bu, xüsusən neft və qaz sektoruna aiddir. Bununla belə, Sizin ölkəniz ənənəvi enerji mənbələrindən yeni mənbələrə keçid etdiyi kimi, biz də ötən il və inişil keçid proseslərinə qoşulduq. Ekspert biliklərimizin daşımalar və nəqliyyat sahəsinə aid olmasına baxmayaraq, biz ticarət şirkəti kimi fəaliyyət göstəririk. Bu səbəbdən biz nəinki Almaniyada, eləcə də digər ölkələrdə, Qara və Aralıq dənizləri regionlarında fəalıq. Biz Albaniyada böyük işlər görürük və bu ölkə TAP boru kəmərində əsas iştirakçılardan biridir. Məndən əvvəl çıxış etmiş natiqlərdən fərqli olaraq, biz o qədər strateji və siyasi layihələrlə məşğul olmasaq da, yenə də ümidvarıq ki, Sizinlə və Azərbaycandan, SOCAR-dan olan həmkarlarımızla müzakirə etmək istədiyimiz daşımalar sahəsində bəzi ideya və layihələrimiz maraqlı olardı. Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
Moderator Mixael Harms: Sağ olun. Buyurun, Matthias Pallutt.
Potsdamda yerləşən “Lotus Energy” şirkətinin təmsilçisi Matthias Pallutt: Çox sağ olun. Biz bərpaolunan enerji sahəsində layihələri tərtib edən şirkətik. Bu, əsasən, külək və günəş enerjisi layihələridir. Biz fəaliyyətə 2001-ci ildə Almaniyada başladıq və sonra qısa müddət ərzində digər ölkələrə keçdik. Ölkələr sırasında təkcə Avropa dövlətləri deyil, o cümlədən Latın Amerika ölkələri də var. Biz Azərbaycanda da fəaliyyətə başlamışıq. Ötən il bizim torpaq mülkiyyətçiləri, elektrik enerjisini alan tərəflərlə və investorlarla çox perspektivli danışıqlarımız oldu. Hələ ki, konkret biznes təklifini tapmamışıq.
Bildirmək istəyirəm ki, ölkənizdə nəhəng sərvətlər var. Bu, təkcə neft və qaz deyil. Siz də qeyd etdiyiniz kimi, buraya günəş və külək enerjisi də aiddir. Lakin əsaslı biznes təklifinə gəldikdə, biz adətən qarşımıza bir neçə sual qoyuruq. Bilirəm ki, təbii sərvətlərə gəldikdə, enerji istehsalı kifayət qədər çoxdur. Lakin enerjinin qiyməti, investorların sərmayə qoyacağı sahələr və faizlər kimi digər məsələlərə toxunduqda suallar qalır. Hesab edirəm ki, layihə tərtibatçısı kimi, biz hər kəsin üzləşdiyi eyni problemləri görürük. Burada söhbət faiz dərəcələrinin kəskin artmasından gedir. Düşünürəm ki, bu cür məsələlər sərmayələri məhdudlaşdıra bilər. Mənim üçün bilmək maraqlıdır ki, Sizin ölkənizdə bərpaolunan enerji layihələrinin gücləndirilməsində strategiyanız nədən ibarətdir? Çox sağ olun.
fəaliyyət göstəririk. Hazırkı vəziyyəti götürsək görürük ki, indi günəş panellərinin 95 faizi Çin təchizatından asılıdır. Həmin mono və ya polikristala əsaslanan panellərin istehsalı, əslində, 85 faiz enerji tələb edir. Bu isə günəş panellərinin istehsal xərclərini açıq-aydın göstərir. Əsas xərclər məhz istehsal prosesində kremniyin istifadəsi ilə bağlıdır. Biz bunu “kvarts kremniy” adlandırırıq. Biz ondan ərinti alaraq günəş panellərinin daxili hissələrini hazırlayırıq. Sonra isə həmin panellər günəş enerjisini verir. Bu, istehsalın son mərhələsidir.
Moderator Mixael Harms: Xahiş edirəm, vaxta qənaət edək.
Edison Kasapoğlu: Bitirirəm. Bu, sonuncu sualdır. Sualım Sizədir, cənab Prezident. Bizdə texnologiya var, konsorsium qurmuşuq. Ölkəniz üçün maraqlı layihə ola bilər ki, biz günəş paneli çərçivəsini istehsal edən xətti işə salaq. Bu, enerjiyə çox qənaət edən xətt olacaq. Belə olan halda, günəş panellərini bütün dünyaya sata bilərsiniz. Bu, üçüncü sualım idi. Çox sağ olun, cənab Prezident.
Moderator Mixael Harms: Sağ olun. Çox konkret suallardır. Enerji sahəsində sonuncu, lakin vacib sual. Buyurun, doktor Tomas Falk.
“Falk and Zeitung” şirkətinin təsisçisi və baş icraçı direktoru Tomas Falk: Hörmətli Prezident Əliyev, bizim şirkət müstəqil konsaltinq şirkətidir. Mən və heyətim siyasi və iqtisadi məsələlərlə, eləcə də biznesin inkişafı ilə bağlı böyük beynəlxalq korporasiyalara məsləhətçi xidmətləri göstəririk. Biz Şərqi Avropa, Xəzər regionu və Mərkəzi Asiyaya xüsusi diqqət yetiririk. Bu gün iki müştərim adından bu tədbirdə iştirak etmək üçün yaratdığınız şəraitə görə minnətdaram. Onlardan biri “Nikisa” Yaponiya şirkətidir. O, nasoslar və maye qaz, eləcə də təbii qazın separatorları, hidrogen və digər sənaye qazları, karbon qazının yığılması və saxlanılması sahələrində aparıcı avadanlıq istehsalçılarından biridir. Qrupumuz Azərbaycanda artıq fəaliyyət göstərir və məsələn, maye oksigenin, azotun istehsalı üçün ölkənizə avadanlıq təchiz edib. Biz alman podratçısı vasitəsilə yerli şirkətlə işbirliyi qurmuşuq. Gələcəkdə “Nikisa” şirkəti öz fəaliyyətini genişləndirmək istəyir və hava separatorları, CO2-nin yığılması və saxlanılması, maye qaz sahələrində, Bakı gəmiqayırma zavodunda, Sumqayıt Texnologiyalar Parkında işləməyi arzulayır.
Çənlər və nasoslara gəldikdə, “AzerGold” şirkəti ilə əməkdaşlıq qurmaq istəyirik. Əlavə olaraq biz doldurma stansiyaları, maye qaz, xüsusi nasoslar və hidrogen sahələrində aparıcı texnologiyaları təqdim edə bilərik və mümkün əməkdaşlığı SOCAR ilə müzakirə etməyə hazırıq.
“Nikisa” şirkəti ilə yanaşı, biz “Sana Clinic” şirkəti ilə də birgə işləyirik. Bu, Almaniyada iri özəl klinikalar şəbəkəsidir. 60 müasir klinikaya əlavə olaraq “Sana Clinic” bütün Avropada tibbi avadanlığın istehsalı şəbəkəsinə malikdir. Hazırda “Sana Clinic” Mərkəzi Asiyada ambulator tibbi xidmətlər göstərir. Bundan sonra istərdik ki, Azərbaycan kimi ölkələrin də tibbi xidmətlər bazarına daxil olaq.
Cənab Prezident, diqqətinizə görə çox sağ olun. Ümidvaram ki, qeyd edilən səhiyyə sektoruna aid layihələr üzrə müştərilərimin fəaliyyəti üçün dəstək alacağam. Biz müvafiq vaxtda həmin məqsədlə görüşlər keçirmək üçün Azərbaycana səfər etməkdən məmnun olardıq.
həqiqətən lazım olan sahədir, çünki bərpaolunan enerjinin böyük həcmi mövcud şəbəkəyə inteqrasiya edilməlidir. Belə olmasa, biz həmin enerjini, necə deyərlər, toplaya bilmərik. Buna görə enerji şirkətlərimizin qarşısında duran əsas hədəflərdən biri məhz bundan ibarətdir. Ümidvaram ki, bu layihə uğurla icra olunacaq.
Siz, həmçinin elektrik enerjisinin ötürülməsini qeyd etdiniz. Bu, ən vacib məsələlərdən biridir, çünki bu gün bizim ixrac imkanlarımız ötürülmə gücləri ilə məhdudlaşır. Xatirimdədir ki, Gürcüstan və Türkiyə vasitəsilə maksimum 1000, yaxud 1500 meqavat ötürmə qabiliyyəti var. Hər iki ölkədə – Gürcüstan və Türkiyədə bu həcmlər tamamilə son həddədir. Buna görə ötürmə qabiliyyətinin artırılması üçün həmin iki ölkəyə əlavə sərmayələr yatırılmalıdır. Xüsusən də nəzərə alsaq ki, ötən ilin dekabrında Buxarestdə Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında saziş imzalandı. Cari ilin fevralında bu layihənin idarəetmə komitəsinin ilk iclası həmin ölkələrin nazirlərinin və Avropa Komissiyasının enerji üzrə komissarının iştirakı ilə Bakıda keçirildi. Birinci görüşdə biz onun vahid layihə olacağı üzərində razılığa gəldik. O, Cənub Qaz Dəhlizindən fərqlənəcək, çünki orada Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP var. Bu, Xəzər dənizində külək enerjisi stansiyalarından başlayan və Avropa istehlakçılarına xidmət edən vahid layihə olacaqdır. Qara dənizin dibi ilə ötürmənin birinci mərhələsində 4 qiqavatlıq güc nəzərdə tutulur. Lakin bunun üçün biz ötürmə xətlərini genişləndirməliyik. Yoxsa, bu, tamamilə mənasız olardı. Bundan əlavə, bir azdan sonra mən sizə artıq imzaladığımız planlarımız, müqavilələrimiz və anlaşma memorandumları barədə məlumat verəcəyəm. Hesab edirik ki, 4 qiqavat yalnız başlanğıcdır. Avropadakı tələbatı, o cümlədən Almaniyadakı tələbatı bilirik. Düşünürəm ki, rəqəmlər onlarla qiqavat təşkil edir və tələbat yalnız artacaq. Buna görə, bizdə bu imkan var və biz sadəcə bütün sxemləri yığmalıyıq.
BP ilə birgə icra etdiyiniz Səngəçal Terminalına elektrik enerjisinin verilməsinə gəldikdə, sizə deyə bilərəm ki, bu layihənin özü də bərpa olunan enerji siyasətimizdən qaynaqlanır. Biz BP ilə razılaşdıq ki, o, Qarabağın azad olunmuş şəhərlərindən birində – Cəbrayıl şəhərində 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olacaq. İstehsal olunmuş həmin enerji bizim enerji sistemimizə daxil ediləcək. Eyni zamanda, biz Səngəçal terminalını elektrik enerjisi ilə təmin etmiş olacağıq və onlar qazdan istifadəni dayandıracaq. Həmin qaz boru kəmərinə daxil ediləcək və Avropaya yönləndiriləcək. Bir sözlə, burada üçtərəfli uduşlu vəziyyətdir. Biz 240 meqavatlıq günəş enerji stansiyasını alırıq, BP-nin Səngəçal terminalı karbonsuz və daha səmərəli qaydada fəaliyyət göstərməyə başlayır və onların istifadə etdiyi qaz Avropaya ixrac olunur. Biz bu layihəni enerji səmərəliliyi baxımından, çox əhəmiyyətli hesab edirik.
Transxəzər bizim layihəmiz deyil. Transxəzər layihəsində biz tranzit ölkəsi hesab olunuruq və biz, o cümlədən mən, dəfələrlə açıq bəyan etmişik ki, biz Xəzərin o tayında dost və tərəfdaşlarımızın boru kəmərini inşa etməyi qərarlaşdırdığı təqdirdə onlar üçün zəruri tranziti təmin etməyə hazırıq. Lakin məndə olan məlumata görə bu məsələnin indiyədək öz həllini tapmamasının səbəbi odur ki, maliyyələşmənin mənbəyi hələ də müəyyən olunmayıb. 30 milyard kubmetr həcmində olan boru kəmərinin tikintisinin yükünü kimin daşıması aydın deyil. Bu, müəyyən Avropa şirkətləri olacaq, yoxsa vəsait Avropa İttifaqı tərəfindən ayrılacaq, bunun üçün layihə ortaq maraqlar layihələri sırasına daxil edilməlidir. Mən bildiyimə görə bu belə deyil və bunun Türkmənistan hökumətinin olub-olmamasını da biz bilmirik. Buna görə bu, birinci sualdır, bu layihə üçün ödənişi kim edəcək? İkinci sual isə ondan ibarətdir ki, yaxşı, layihəni kimin maliyyələşdirdiyi müəyyən edildikdən sonra layihə Azərbaycana gələcək və oradan hara gedəcək? Çünki bizdə-TANAP-da indi boş qalan tutumumuz yoxdur. Biz yeni kompressor stansiyaları tikməklə TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirəcəyik və boru Azərbaycan qazı ilə tam dolu olacaqdır. Bu isə o deməkdir ki, potensial kəmər olan Transxəzər boru kəməri Azərbaycana gəldikdən sonra kimsə Azərbaycandan Avropaya başqa bir boru kəmərini tikməlidir. Bu şirkətin kim olduğu yaxşı sualdır. Mən bu məsələyə skeptisizmlə yanaşmıram. Mən hər şeyi real qiymətləndirirəm. Yenə də deyirəm, bu, bizim layihəmiz deyil. Kimsə onu tikməyi qərarlaşdırarsa biz buna çox şad olarıq, çünki biz tranzitdən pul qazanacağıq, Şərqdə və Qərbdə olan qonşularımıza yaxşı xidmət göstərmiş olacağıq. Aralıq dənizi regionunda DESFA və “Snam” təbii qaz layihələrinə gəldikdə, mən bu sualı belə başa düşdüm, elə deyilmi?
Knotzer: Zati-aliləri, əvvəlcə gecikdiyim üçün üzr istəyirəm. “Knauf” tikinti materialları sahəsində dünya miqyasında lider şirkətdir. Keçən il 15 milyard avroluq satışımız olub və 90 ölkədə 42 min əməkdaşımız var. Biz 1990-cı illərdən bəri Azərbaycanda marketinq və satışla məşğuluq. 2008-ci ildən bəri isə biz Gəncədə yerli tikinti sənayesi üçün materiallar istehsal edirik. Məhsullarımız əsasən alçıpan əsaslıdır. Bizim dünya miqyasında 80 karxanamız və 4 yeraltı mədənimiz var. Bu, bizim xammalımızdır. Hər şey alçıpan əsaslıdır. Sizdən və nazirlikdən bir xahişim var. Bizim alçıpan ehtiyatlarımız qurtarıb. Azərbaycanda çoxlu alçıpan qəlibi var və bizə daha böyük həcm üçün dəstək lazımdır. Çünki biz yerli istehsalat üçün həcmi artırmaq istəyirik. Biz Azərbaycanda əlavə məhsullar istehsal etmək istəyirik və biz, həmçinin Gürcüstana ixrac etmək istəyirik və siyasət imkan versə Cənubi qonşulara ixrac etmək istəyirik. Mənim xahişim budur.
Prezident İlham Əliyev: Yeni alçıpan ehtiyatlarına çıxışda çətinliyiniz var? Siz bu məsələni yerli orqanlarla, İqtisadiyyat Nazirliyi ilə müzakirə etmisiniz?
Uve Knotzer: Hələ ki, birbaşa əlaqə yaratmamışıq, çünki biz tərəfdaşla işləyirik. Lakin oradakı material miqdarı ilə bağlı çətinliklərimiz var.
Prezident İlham Əliyev: Beləliklə, mövcud ehtiyat demək olar ki, bitib.
Uve Knotzer: Bəli və bizə daha çox lisenziyalar və mədən işləri aparmaq üçün yeni ərazi lazımdır ki, biz məhsuldar olmağa davam edək.
Prezident İlham Əliyev: Bəli, mən bunu tamamilə dəstəkləyirəm. Mənim layihə barədə məlumatım var. Sizin dediyiniz kimi, o, 2008-ci ildə Gəncə şəhərinin yaxınlığında, Goranboy rayonunun ərazisində icra olunmuşdur. Hesab edirəm ki, bu məsələnin həllini tapmaq mümkündür. Bəlkə iqtisadiyyat nazirinə əlavə məlumat verəsiniz və əlbəttə ki, biz həmişə xarici investorları dəstəkləyirik və sizin şirkətiniz onlardan biridir. Biz şaxələndirmə prosesinə başladıqda siz Azərbaycana sərmayə yatırmısınız. Beləliklə, siz Almaniyadan sərmayə yatıran şirkətlər arasında birincilərdən olmusunuz. Əlbəttə ki, biz sizinlə işbirliyinə davam etməkdə şad olardıq. Ehtiyatlarınızın bitməsi haqqında eşitməmişdim. Yəqin ki, çox gərgin çalışırsınız, bu yaxşı göstəricidir. Lakin mən iqtisadiyyat nazirinə indi göstəriş verirəm ki, bu məsələni ciddi araşdırsın və sizin üçün əlavə ehtiyatları tapsın ki, siz də öz növbənizdə fəaliyyətinizi davam edə biləsiniz. Bildiyimə görə siz 100 faiz yerli bazardan olan materialları təchiz edirsiniz. Xaricdən heç nə idxal olunmur. Əksinə, siz özünüz ixrac edirsiniz.
çünki səmimi desəm xarici şirkətləri mina təmizləmə əməliyyatlarını həyata keçirmək üçün dəvət etmək istəyəndə minatəmizləmə əməliyyatları üçün qiymət yerli qiymətlərlə müqayisədə çox yüksək idi. Bir kvadratmetrin minalardan təmizlənməsi üçün Avropada olan qiymət bizim milli minatəmizləmə agentliyinin işi aparmağa hazır olduğu qiymətdən bir neçə dəfə çox idi. Əlavə olaraq bu yaxınlarda bir neçə Azərbaycan şirkəti də fəaliyyətə başladı. İndi onlar da mina təmizləmə işləri ilə məşğuldurlar və onların qiyməti məqbuldur. Çünki təsəvvür etdiyiniz kimi, on minlərlə kvadratkilometrdən söhbət getdikdə bu, çox vəsait tələb edən bir işdir. Əlbəttə ki, bu ərazinin heç də hər bir metri yoxlanılmayacaq, çünki yüksək dağlıq ərazilər var. Əlbəttə ki, mina ilə çirklənmə potensialının harada olduğunu biz bilirik. Lakin hesab edirəm ki, bizim minalardan təmizləmə üzrə agentliyimiz ilə təfərrüatlı müzakirələr aparmağınız yaxşı olar. Çünki bu gün üç şirkət Azərbaycanda minalardan təmizləmə xidmətini göstərir. İşinin həcminə görə birinci ANAMA-dır. Bu, Azərbaycanın minatəmizləmə agentliyidir. İkincisi, Müdafiə Nazirliyinin minalardan təmizləmə üçün yaradılmış xüsusi alayları və batalyonlarıdır. Fövqəladə Hallar Nazirliyinin də bu prosesdə çox kiçik bir payı var. Beləliklə, mən sizə tövsiyə edərdim ki, bizim milli minatəmizləmə agentliyi ilə təmasa keçmək üçün yardım əldə edəsiniz və qiymətləri nəzərdən keçirəsiniz və baxasınız bəlkə birgə müəssisə yaratmaq olar. Əfsuslar olsun ki, uzun illər ərzində bunun üçün böyük bir potensial var.
Filip Mixaelis: Əfsuslar olsun, biz bunu bir çox ölkələrdə görürük. Biz inanırıq ki, beynəlxalq ekspertiza və infrastrukturun da tətbiq edilməsi ilə qiyməti aşağı sala bilərik. Bəli, qiymət bahadır. Lakin biz 20-25 illik münaqişələrdə bir kvadratmetrə görə qiymətin 15 sent olduğunu görmüşük. Təşəkkür edirəm.
enerji istehsal edir. Əgər sizdə bu texnologiya və ya “nou-hau” varsa, yaxud bununla bağlı təklif verə bilərsinizsə, bunu ancaq alqışlamaq olar. Bu, həqiqətən də tamamilə yeni inkişaf, yeni texnologiyadır. Düşünürəm ki, bu, Qarabağ üçün çox uyğun olacaq, xüsusilə nəzərə alsaq o, yaşıl enerji zonasıdır.
Bakı şəhərinin inkişafına gəlincə, siz Bakıda olmusunuz, şəhəri tanıyırsınız. Bəli, bizim metro ilə bağlı böyük planlarımız var. Biz keçmiş Sovet İttifaqının metro tikən az sayda ölkələrindən biriyik, çünki Sovet İttifaqı dağılandan sonra onların çoxu bunu dayandırdı. Bizim strategiyamız var və həmçinin hazırda ictimai nəqliyyatımızın metro ilə inteqrasiyası üzərində işləyirik və bunun üçün vahid sistem tətbiq etmək üzrəyik. Bundan əlavə, əhalinin sayı artır. Bakı getdikcə böyüyür. Ona görə də hazırda biz nəqliyyatla bağlı yeni layihələr işləyib hazırlayırıq. Yollar, körpülər, tunellər, bütün bunlarla bağlı proses artıq gedir. Bundan əlavə, hazırda yeni tikinti bumuna böyük maraq var. Çünki Bakının artıq bir neçə dəfə yaşayış kompleksləri bazarında artım dalğası olub. Ona görə də düşünürəm ki, sizin layihələrinizə baxmaq maraqlı olar. Bəzi ideyalara nəzər sala bilsəm, çox şad olardım.
Marius Rayrko: Sözsüz ki, bölüşmək istərdim.
Prezident İlham Əliyev: Bəlkə görüşdən sonra mənimlə bölüşəsiniz.
limanının baş icraçı direktoru və Ələt Azad İqtisadi Zonasının baş icraçı direktoru ilə danışıqlar aparmışam. Danışıqlar çox yaxşı, çox səmərəli keçdi. Biz Bakı limanı ilə bağlı araşdırmalar apardıq, bəzi planlar qurduq və onu baş icraçı direktora təklif etdik. Biz limanın 2-ci və 3-cü mərhələsində gördük ki, sizin planlaşdırdığınız potensial texniki-iqtisadi cəhətdən əsaslandırılmamış ola bilər. Biz belə fikrə gəldik ki, limanın konteyner hissəsini yenidən layihələndirək, bu, xeyli ucuz olacaq, 1 milyard əvəzinə, cəmi 200 milyon avro təşkil edəcək. Biz artıq bir həftədir bunun üzərində işləyirik. İqtisadiyyat Nazirliyi ilə müzakirə etdiyimiz başqa bir məsələ Xəzər dənizində gəmiçilik oldu, çünki hazırkı potensial gələcəkdə ehtiyac olacaq nəqliyyata tab gətirə bilməyəcək. Xəzər dənizi üçün optimal ölçüdə olan gəmilərin layihələndirilməsi zəruridir. Artıq iki dəfə qeyd etdiyiniz kimi, Xəzər dənizi getdikcə dayazlaşır. Beləliklə, problem quraqlıqdır. Almaniyada Reyn çayı ilə bağlı bu cür problem var idi. Xüsusi gəmiçilik konsepsiyasının hazırlanmasına ehtiyac duyulur. Yəni, onun göyərtəsinin qabaq və arxa hissələri başqa cür layihələndirilə bilər. Hesab edirik ki, gələcəkdə optimallaşdırılmış gəmilərə ehtiyac olacaq. 20-40 belə gəmi Qazaxıstanla Azərbaycan arasında bölüşdürülə bilər. Çünki gəmilər 20 ildən 40-50 ilə kimi istismar oluna bilər. Eyni zamanda, mühərrik təkcə daxiliyanma mühərriki olmalı deyil. Bütün bunlar nazirliklərlə, sənaye sahəsindən olan insanlarla, universitetlərlə birlikdə edilməlidir, investisiya təkcə bir özəl şirkət tərəfindən yatırıla bilməz, dövlətin birgə səyi olmalıdır. Mənim son olaraq qeyd etmək istədiyim, Siz artıq qeyd etdiniz Bakı-Tbilisi-Qars xəttidir. Siz, həmçinin Türkiyəyə, Qarsa qapı olan Axalkalakinin istismarında səhmdarsınız. Gördüyümüz odur ki, terminalın planlaşdırılması əsaslandırılmış şəkildə olmayıb. Təcili olaraq yenidən layihələndirilməlidir. Biz bu işdə sizə kömək etməyə hazırıq. Lakin bu, edilməlidir, çünki əks halda Türkiyə ilə yaxşı bağlantı olmayacaq. Təşəkkür edirəm.
təxirə salındı. İndi isə o, yenidən gündəmə gəlib və biz bu layihəyə yenidən baxmalıyıq, çünki hər halda onun vaxtilə təxirə salınmasının indi isə yenidən canlanmasının səbəbləri var. Əlbəttə, sərmayədarların tərkibi, pay bölgüsü və həmsərmayədarların kimlərdən ibarət olacağı haqqında məlumatımız olsa, biz bu imkanları yenidən nəzərdən keçirə bilərik.
Klima Martin: Özəl şirkətlərin daha çox maliyyə vəsaitinə ehtiyacı var, çünki məhsulun həcmi artır və tələbatın fonunda bu tipli avadanlığa ehtiyac yüksəlir. Dediyim kimi, texniki servis və təlimlər.
Prezident İlham Əliyev: Təlimlərə gəldikdə, ümid edirəm ki, siz bu xidməti təşkil edəcəksiniz. Maliyyə vəsaitinə gəldikdə isə bizim kiçik və orta sahibkarlığın dəstəklənməsi mexanizmimiz var – İqtisadiyyat Nazirliyinin tabeliyində olan fond vasitəsilə. İqtisadiyyat naziri həmin subsidiya və güzəştli kreditlər barəsində məlumat versin.
çaylarımızda suyun səviyyəsi dayanmadan azalır.
Bizə müasir sistemlər lazımdır ki, suya qənaət etsin. Bundan əlavə, sovet dövründə inşa edilmiş kanallar beton deyil, torpaq kanallardır. Əlbəttə ki, su torpağa sızır, itkilərimiz çoxdur. Bundan əlavə, torpaq da münbitliyini itirir. Yəni, indi biz həmin kanalların müasirləşdirilməsi, ən səmərəli texnologiyanın seçimi və suvarma məsələləri kimi çağırışla üzləşmişik.
Ərzaq təhlükəsizliyi çox vacib məsələdir. Biz tələbatımızı tam şəkildə təmin edə bilməsək də çalışmalıyıq ki, əsas tələbatımızı təmin edək. Məsələn, taxıl istehsalına gəldikdə, biz 100 faiz təminat kimi hədəf qoymuruq. Çünki bu, böyük torpaq sahələri tələb edəcək. Bu torpaqlar daha səmərəli şəkildə digər məhsullar üçün istifadə oluna bilər. Dediyim kimi, təhlükəsizlik baxımından özümüzü tam təmin etməyə çalışmalıyıq.
Bu gün təchizat zəncirində fasilələr yaranır, hətta müqavilə bağlayıb ödəniş edilən məhsulları idxal etməkdə çətinlik yaranır. Biz bir neçə dəfə belə vəziyyətə düşmüşük. Yəni, ərzaq təhlükəsizliyi bir nömrəli məsələyə çevrilir. Suyun olması bunun üçün əsas meyardır. Hesab edirəm ki, biz bu sahədə uzunmüddətli institusional əməkdaşlıq edərək su ehtiyatlarının idarə olunması ilə bağlı strategiya hazırlaya bilərik. Bu sahədə bizə dəstək verə bilsəniz minnətdar olarıq.
Moderator Mixael Harms: Cənab Prezident, daha iki suala vaxtınız varmı?
zənnimcə, nəhayət ki, prosesin sonuna çatmışıq. Beləliklə, Azərbaycanın bank sektoru heç vaxt olmadığı qədər sağlamdır. Mərkəzi Bankdan mənə verilən əlavə məlumata görə, hələ də müəyyən həll edilməli məsələlər var. Lakin əminəm ki, tezliklə Azərbaycanın bank sistemi regionun ən şəffaf və səmərəlilərindən biri olacaq.
“ALPHA GmbH” şirkətinin icraçı direktoru Tomas Krause: Zati-aliləri cənab Prezident, bu gün Sizinlə bir yerdə olub ölkələrimizin mənafeyi naminə müxtəlif sahələri əhatə edən mövzuları müzakirə etmək olduqca xoşdur. Biz mühəndis şirkətlərinə müvafiq həllər təklif edirik. Texniki nizamnamələr, layihə idarəetməsi, zavod tikintisində təhlükəsiz həllər, kibertəhlükəsizlik sahəsində xidmətlər göstəririk. Azərbaycanda bir sıra şirkətlər, o cümlədən “Siemens Energy” ilə əməkdaşlıq etmişik.
Prezident İlham Əliyev: Bizim hər beş ildən bir qəbul olunan beşillik Regional İnkişaf Proqramımız var. Birinci belə proqram 2004-cü ildə mənim ilk dəfə Prezident seçilməyimdən bir neçə ay sonra qəbul edilib. Hazırda biz 4-cü proqramın yekunlaşdırılması prosesindəyik. Bütün bu proqramlar məlumdur və mətbuatda dərc edilib. Bu proqramlar konkretdir və beş il ərzində Azərbaycanda həyata keçiriləcək layihələri əks etdirir. Bundan əlavə, bizim illik sərmayə proqramımız var. İndi biz onu iki yerə bölmüşük. Biri ənənəvidir, digəri isə Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlıdır. Bu və növbəti illər üçün nəzərdə tutulmuş layihələr haqqında məlumat İqtisadiyyat Nazirliyindədir. Nazir buradadır və siz sonra onunla daha praktiki məsələləri müzakirə edə bilərsiniz.
sahəsində əməkdaşlıqla bağlı bəlkə də xüsusi istiqamətə ehtiyacımız olacaq. Həmçinin nümayəndə heyəti Azərbaycana səfər etməzdən əvvəl təklif edərdim ki, bizə İqtisadiyyat Nazirliyi vasitəsilə konkret layihələr göndərilsin ki, siz və nümayəndə heyətiniz Bakıya gələndə biz artıq bütün bu təklifləri təhlil etmiş olaq və bəlkə də siz gələnə kimi və hətta ondan da əvvəl, işlər uğurla gedərsə, müqavilələr bağlayaq. Bu, sizin səfərinizin yaxşı əməli nəticəsi olar. Əlbəttə ki, mən bütün iştirakçıları və bəlkə də bu tərkibdən də böyük tərkibdə olan nümayəndə heyətini sizə münasib olan vaxtda Azərbaycana səfər etməyə və bir neçə gün ölkəmizdə keçirməyə və müzakirələri davam etdirməyə dəvət edirəm.
Mən Almaniya ilə Azərbaycan arasında müzakirə etdiyimiz sahələrdə və bu sahələrdən də kənara çıxaraq həqiqətən də güclü tərəfdaşlığın olacağını səbirsizliklə gözləyirəm. Diqqətiniz və təmkinli olduğunuz üçün çox sağ olun.