Marneulidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

Marneulidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

Marneuli şəhərində yerləşən Mədəniyyət Evində baş tutan tədbir Azərbaycanın Gürcüstandakı Səfirliyinin, SOCARın Gürcüstan nümayəndəliyinin dəstəyi və “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə reallaşıb. Tədbir Azərbaycan və Gürcüstan dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə rəsmi şəxslər, yerli özünüidarəetmə nümayəndələri, ictimaiyyət üzvləri və gənclər iştirak ediblər.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı və xaricdə yaşayan soydaşların sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, Ulu Öndərin əsasını qoyduğu strateji əməkdaşlıq bu gün də uğurla davam etdirilir və Gürcüstanda yaşayan azərbaycanlıların təhsil, sosial rifah və infrastruktur sahələrində inkişafına xüsusi diqqət göstərilir.

Qeyd olunub ki, son illərdə həyata keçirilən layihələr nəticəsində məktəblər, idman mərkəzləri, uşaq bağçaları və digər sosial obyektlər istifadəyə verilib, həmçinin gənclərin təhsil imkanlarının genişləndirilməsi istiqamətində mühüm proqramlar icra olunub.

Tədbirdə həmçinin Ümummilli Liderin gənclərə, təhsilə və milli-mənəvi dəyərlərin qorunmasına verdiyi önəmdən danışılıb, onun siyasi irsinin bu gün də gənc nəslin inkişafında mühüm rol oynadığı qeyd edilib.

Konsert proqramı və milli rəqslərlə davam edən tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər Azərbaycan-Gürcüstan dostluğu və Heydər Əliyevin zəngin siyasi irsi haqqında fikirlərini bölüşüblər.

Sonda Marneuli “İnkişaf və Təhsil Mərkəzi”nin nəzdində fəaliyyət göstərən Çay Evində təhsilini uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey