Mərkəz rəhbəri toylardan danışdı…

“Yaxşı haldır ki, hazırda ölkədə infeksiya yayılmır. Ancaq, bu sakitləşməmizə və toylara, yığıncaqlara başlamağımıza imkan vermir”.

Bu sözləri Xəstəliklərə Milli Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri, Amiran Qamkrelidze deyib.

O bildirib ki, toylar məsələsində biraz ehtiyatlı davranmalıyıq çünki indiki vəziyyət ölkədə virusun tamamilə bitdiyi demək deyil.

Qamkrelidze həmçinin ölkədə alınan testlərə də diqqət çəkib:

“Hazırda ölkə üzrə testlərin sayı artırılıb. İyun ayında gün ərzində 1 800 test edilirdisə indi bu 3 000 civarında olur, dünən isə 2800-dək test götürdük. Hökumətin təşəbbüsü ilə test edilən qrupların sayı artırılır bu isə virusu aşkar olunduğu halda vaxtında qarşısını almaq üçün daha operativ imkan yaradır. Bilirsiz ki, bu gün 8 yeni yoluxma halı qeydə alınıb. Onlardan 6 nəfəri sürücüdür. Yoluxan pasiyentlərin hər birinin mənbəsini bilirik. Testlərin artımı ilə birlikdə, müəyyən edilən yoluxma hallarının sayı bir rəqəmli ədədi keçmir (10-dan daha az olur) bu isə çox yaxşı haldır”, – deyə Qamkrelidze bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey