Gürcüstana qayıtmaq istəyən ölkə vətəndaşlarına baş nazirdən şad xəbər

“İqtisadiyyat Nazirliyinə Gürcüstan vətəndaşlarının xaricdən qayıtması üçün çarter uçuş cədvəlinin hazırlanmasını üçün tapşırıq vermişik”.

Bu sözləri baş nazir Giorgi Qaxaria bu gün açıqlama verib.

Nazir qeyd edib ki, biletlərin qiyməti 200 avrodan çox olmamalı və çarter reysləri bir deyil, bir neçə aviaşirkət tərəfindən həyata keçirilməlidir:

“Avropanın müxtəlif şəhərlərindən soydaşlarımızı ölkəyə qaytarmaq üçün proqram bərpa olunacaq. İqtisadiyyat Nazirliyinə bununla bağlı artıq tapşırıq verilib ki, bazar ertəsi günü yüksək qiymətlərlə deyil, əlverişli qiymətlərlə bir cədvəl hazırlansın. Bunu bir hava yolu şirkəti etməməlidir, bir neçə aviaşirkət həyata keçirməlidir “, – deyə baş nazir bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey