Gürcüstan yaxın vaxtlarda sərhədlərini açmağı planlayırmı? – Baş nazirin cavabı:
”Gürcüstan yaxın zamanlarda sərhəd keçid məntəqələrini açmağı planlaşdırmır”
Bu barədə ölkənin baş naziri, Giorgi Qaxariya bildirib.
Onun sözlərinə görə, hökumət sözü gedən məsələdə tələsərək addım atmaq istəmir və sərhədlər yalnız beynəlxalq yük daşımalar, həmçinin xaricdəki Gürcüstan vətəndaşları üçün açıqdır.
“Sərhəd keçid məntəqələrinin açılması ilə bağlı, biz hələlik tələskən bir addım ata bilmərik və atmayacağıq. Sərhəd məntəqəsindən keçid Gürcüstan vətəndaşları, həmçinin yükdaşımalarla bağı təmamilə maneə olmadan həyata keçirilir. 72 saatlıq rejim ərzidnə ölkəyə daxil olan bütün yük maşını sürücülərinə nəzarət edirik”-deyə baş nazir bildirib.