Gürcüstan prezidenti ABŞ-ın dövlət katibini qəbul etdi
Prezident Salome Zurabişvili və ABŞ dövlət katibi, Mayk Pompeo arasında görüş baş tutub.
Görüş Gürcüstanın prezident administrasiyasında keçirilib.
Qeyd edək ki, Pompeonun Gürcüstan səfəri dünən axşam saatlarından başlayıb və bu gün onun ölkə prezidenti, baş nazir və xarici işlər naziri ilə görüşləri planlaşdırılıb.