Qaxaria, Mayk Pompeo ilə görüşdü
ABŞ dövlət katibi, Mayk Pompeo Gürcüstan səfəri çərçivəsində baş nazir, Giorgi Qaxaria ilə görüşüb.
Görüş zamanı ABŞ-Gürcüstan əlaqləri əsas müzakirə mövzusu olub.
“İlk növbədə amerikan xalqının və ABŞ hökumətinin Gürcüstanın ərazi bütövlüyü və süverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyimə diqqət çəkmək istəyirəm. Sizlər bu dəstəyin bizim üçün nə dərəcədə önəmli olduğunu bilrisiniz. İşğalçı qüvvələr hələ də bizim ərazilərimizdədir.
Biz bilirik ki, bu stratejik partnyorluq ilk növbədə dəyərlər üzərində qurulub. Siz bu ölkənin həqiqi dostusunuz. Biz sizə və ABŞ-a bizimlə stratejik tərəfdaşlığa göstərdiyi dəstəyə görə minnətdarıq,”-deyə Giorgi Qaxaria bildirib.
Öz növbəsində ABŞ dövlət katibi Gürcüstana səfərdən məmnunluq duyduğunu bildirib.
“Cənab baş nazir, burada olduğum üçün çox məmnunam. Çox önəmli məsələləri müzakirə edəcəyik. Artıq 30 ildir ki, biz yaxşı dostluq edirik. Biz demokratik məsələlərdə sizlərə dəstək göstərir və işğal nəticəsində ölkənizin qarşılaşdığı ağrı və çətinliklər üzərində işləyirik. Gələcəkdə sizin ölkənizin demokratikləşməsi, institutların gücləndirilməsi, hansı ki, ədalətli və şəffaf seçkilər üçün önəmlidir, dəstək üçün hər şey edəcəyik. Qəbulunuz üçün sizə təşəkkür edirəm”,-deyə Mayk Pompeo bildirib.