Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Milli Qəhrəman Polad Həşimovun ailəsi ilə görüşüblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun ailə üzvləri ilə görüşüblər.

“Dalğatv” “Azərtac”a istinadən xəbər verir ki, görüş zamanı 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, bu şanlı Qələbəyə gedən yolda qəhrəmanlıq nümunəsi göstərmiş Azərbaycan hərbçilərinin fədakarlığı barədə geniş söhbət aparılıb.

Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimov kimi igid Vətən oğullarının xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıblar. Onlar Vətən uğrunda canından keçmiş qəhrəmanların ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildiriblər.

Görüş zamanı, həmçinin, qəhrəmanlar yetişdirən anaların fədakarlığı yüksək qiymətləndirilib, onlara dərin minnətdarlıq ifadə olunub.

Səmimi və isti ab-havada keçən görüşdə Polad Həşimovun ailə üzvləri onlara göstərilən diqqət və ehtirama görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürlərini bildiriblər.

Bu cür görüşlər xalqımızın qəhrəman övladlarının xatirəsinin yaşadılması və onların ailələrinə mənəvi dəstəyin davam etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey