Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə anım mərasimi keçirilib.

Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə anım mərasimi keçirilib.

Gürcüstanda təşkil olunan silsilə tədbirlər çərçivəsində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, SOCARın Gürcüstan nümayəndəliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, jurnalistlər və iş adamları Tbilisi şəhərində yerləşən Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət ediblər.

Tədbir iştirakçıları tərəfindən abidə önünə əklillər qoyulub, gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Anım tədbirləri çərçivəsində Rustavi şəhərində yerləşən Heydər Əliyev abidəsi də ziyarət edilib. Burada da Ulu Öndərin xatirəsinə ehtiram ifadə olunub, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, regionda sabitlik və əməkdaşlığın inkişafı istiqamətindəki tarixi xidmətləri qeyd edilib.

Bildirilib ki, Heydər Əliyevin siyasi irsi bu gün də Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında mühüm rol oynayır və onun əsasını qoyduğu dostluq və strateji tərəfdaşlıq siyasəti uğurla davam etdirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey