Azərbaycan-Gürcüstan arasında sərnişin qatarı reysləri bərpa olunur
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, uzun fasilədən sonra Azərbaycandan Gürcüstana ilk sərnişin qatarı 26 may tarixində yola düşərək Tbilisiyə çatacaq.
Hökümət başçısı bu barədə jurnalistlərə açıqlamasında danışıb.
İrakli Kobaxidze Gürcüstanla dəmir yolu sərnişin daşımalarının bərpası ilə bağlı qərara görə Azərbaycan tərəfinə təşəkkür edib.
“Gürcüstanla dəmir yolu sərnişin daşımalarının bərpası barədə qərar qəbul edən Azərbaycan tərəfinə təşəkkürümü bildirirəm. Uzun fasilədən sonra ilk sərnişin qatarı 26 may tarixində Azərbaycandan Gürcüstana çatacaq. Bu addım iki ölkə arasında münasibətlərin daha da inkişafı və turist axınının genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır”, – deyə Baş nazir qeyd edib.
