Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirilib

Tbilisidə Gürcüstan prezidentinin sarayı qarşısında simvolik aksiya keçirilib.

“Birlikdə evdə – Gürcüstanda” təşkilatının üzvləri sarayın qarşısına kartof kisələri gətiriblər.

Aksiya iştirakçıları prezident Salome Zurabişvilinin istefasını tələb ediblər.

Təşkilatın rəhbəri Salome Çelidze bildirib ki, kartof prezidentin hakimiyyətə gəlməsi ilə bağlıdır: “Bizdə hamı üçün havayı kartof var. Kartof simvolik olaraq paylanılacaq və bu, Salome Zurabişvili istefaya gedənə qədər davam edəcək”.

Qeyd edək ki, Gürcüstan müxalifəti ötən ilin noyabrında ölkədə keçirilən prezident seçkilərində hakim Gürcü Arzusu Partiyasını S.Zurabişvilinin xeyrinə seçicilərin səslərini kartof və soğanla satın almaqda ittiham ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey