Gürcüstanda azərbaycanlı hamilə qadın ölüb, yaxınları həkimləri günahlandırır

Gürcüstanın Qardabani rayonunda hamilə qadın Samirə Yusubovanın qohumları onun ölümünün dəqiq səbəblərinin açıqlanmasını tələb edirlər.

Qadının yaxınları onun öldüyü xəstəxanaya gedərək həkimlərlə görüş tələb ediblər.

Xəstəxana nümayəndələri hələ onlarla görüşməyib. Klinikadan bildirilib ki, 8 aylıq hamilə olan S.Yusubovanın vəziyyəti ağır olduğundan dünyasını dəyişib. Ölümün dəqiq səbəbləri barədə əlavə məlumat verilməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı araşdırma aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey