Salome Zurabişvili: “Hadisələrin gərgin inkişafı və qeyri-sabitliyin kimin üçün əlverişli olduğunu təxmin etmək asandır”
Gürcüstan prezidenti Salome Zurabişvili ABŞ-ın bu ölkədəki səfiri vəzifəsinin icraçısı, Avropa Birliyi nümayəndəliyinin rəhbəri, habelə Almaniyanın, Britaniyanın, Fransanın, İtaliyanın, Niderlandın, Polşanın, Bolqarıstanın, Estoniyanın və Litvanın Gürcüstandakı səfirləri ilə görüşüb.
Bu barədə Prezident Administrasiyasında bildiriblər.
“Prezident görüşdə qeyd edib ki, o, vəziyyətin sabitləşməsi üçün bütün siyasi qüvvələrlə əməkdaşlıq etməyə hazırdır, hansılarda ki, qeyri-sabitliyə çağırış yoxdur”, – deyə bildirilib.
Zurabişvilinin sözlərinə görə, “regionda yaranmış vəziyyətə əsaslanaraq, Gürcüstan sabitliyin “mərkəzidir”.
“Beləliklə, təxmin etmək asandır ki, hadisələrin gərgin inkişafı və qeyri-sabitlik kimin üçün əlverişlidir”, – deyə Gürcüstan prezidenti əlavə edib.