Merts: ABŞ Avropa İttifaqı ilə gömrük rüsumlarına dair simmetrik razılaşmaya hazır deyil
Almaniyanın kansleri Fridrix Merts bəyan edib ki, ABŞ Avropa İttifaqı (Aİ) ilə gömrük rüsumları üzrə simmetrik razılaşma imzalamağa hazır deyil.
“Dalğatv” “ APA”ya istinadən xəbər verir ki, Merts bu barədə Berlində Norveçin Baş naziri Yonas Qar Störe ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Almaniya kanslerinin sözlərinə görə, Avropa İttifaqı tərəfi bazara gömrük rüsumları tətbiq olunmadan açıq çıxış imkanı təklif edir. O, tərəflər arasında gömrük məsələləri ilə bağlı danışıqların hazırda çox intensiv şəkildə aparıldığını vurğulayıb.
“Avropa Komissiyası bütün Avropa İttifaqı adından danışıqlar aparır və bizə bütün qitəni əhatə edən hərtərəfli bir razılaşma lazımdır”, – deyə Almaniya Federal Kansleri əlavə edib.