Gürcüstanın baş naziri istefa verib

Gürcüstanın Baş naziri Mamuka Baxtadze istefa verib.

Bu barədə hökumət başçısı özü məlumat yayıb.

M.Baxtadze vəzifəsini tərk etməsi barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb: “İstefa vermək barədə qərar qəbul etmişəm, belə ki, indiki mərhələdə missiyamı yerinə yetirdiyimi hesab edirəm”.

O bildirib ki, hakim Gürcü Arzusu Partiyasının üzvü olub və bundan sonra da üzvü qalacaq.

M.Baxtadze 2018-ci ilin iyunundan Gürcüstanın baş naziri idi. O, 2017-2018-ci illərdə maliyyə naziri, həmin vaxta qədər isə “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru vəzifəsini tutub.

Xatırladaq ki, ötən gün hakim Gürcü Arzusu Partiyasının qərargahında hökumət dəyişiklikləri ilə bağlı müzakirə aparılıb.

Yayılan qeyri-rəsmi məlumatlara əsasən, M.Baxtadzeni hazırkı daxili işlər naziri Giorgi Qaxaria əvəzləyəcək. Hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili isə daxili işlər naziri təyin olunacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey