Amazonda yanğınların sayı rekord həddə çatıb

Ötən ay Amazon meşələrinin Braziliyaya aid hissəsində təqribən 31 min yanğın ocağı qeydə alınıb.

Bu barədə bazar günü Braziliyanın Milli Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Bildirilir ki, bu, son doqquz ildə ən yüksək və bir il əvvəlkindən təqribən iki dəfə böyük göstəricidir.

İlin əvvəlindən Amazonda ümumilikdə 46 min 825 yanğın qeydə alınıb.

İdarənin statistikasına əsasən, 2005-ci ilin avqustunda bu göstərici 63 min 764-ə bərabər olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey