Pakistanda kamikadze hücumu nəticəsində polis əməkdaşları həlak olub

Pakistanın Pəncab əyalətinin Bhakkar rayonunda kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı dörd polis əməkdaşı həlak olub, üç nəfər yaralanıb.

“Dalğatv”-nin “ Azərtac”a istinadən verdiyi məlumata görə, hücum polis məntəqəsinin yaxınlığında baş verib. Partlayışdan dərhal sonra polis və xilasedici qruplar hadisə yerinə cəlb olunub, yaralılar yaxınlıqdakı tibb müəssisəsinə çatdırılıb.

Məlumata əsasən, təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alaraq axtarış-əməliyyat tədbirlərinə başlayıb.

Hücumun məsuliyyətini hələlik heç bir qrup üzərinə götürməyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey