İran XİN ABŞ-ın raket və nüvə proqramı ilə bağlı iddialarını əsassız adlandırıb

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi ABŞ rəsmilərinin İranın ballistik raket və nüvə proqramı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Dalğatv “APA”-ya istinadən xəbər verir ki , İ.Bəqayi sosial şəbəkə hesabında paylaşdığı açıqlamada ABŞ tərəfinin iddialarını əsassız adlandırıb. O qeyd edib ki, ABŞ rəsmilərinin İranın nüvə və ballistik raket proqramı, eləcə də yanvar ayında baş verdiyi bildirilən iğtişaşlar zamanı ölənlərin sayı ilə bağlı səsləndirdikləri fikirlər həqiqəti əks etdirmir.

XİN sözçüsü vurğulayıb ki, bu cür bəyanatlar siyasi məqsədlər daşıyır və reallıqdan uzaqdır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı İranın artıq Avropanı və xaricdə yerləşən ABŞ hərbi bazalarını hədəfə ala biləcək raketlər hazırladığını bildirib. O, həmçinin İranın gələcəkdə ABŞ ərazisinə çata biləcək raketlər üzərində işlədiyini iddia edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey