Metsola Ukrayna üçün 90 mlrd. avroluq kredit sənədini imzalayıb
Avropa Parlamentinin Prezidenti Roberta Metsola Ukraynaya dəstək məqsədilə 90 milyard avro həcmində kredit paketinə dair sənədi imzaladığını açıqlayıb.
Dalğatv “APA” ya istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə platforması “X” hesabında paylaşım edib.
R. Metsolanın sözlərinə görə, yeni kredit paketi Ukraynada əsas dövlət xidmətlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsinə, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə, ümumi təhlükəsizliyin və azadlığın qorunmasına, ədalətli və davamlı sülhün əldə olunmasına, eləcə də Ukraynanın gələcəyinin Avropa ilə inteqrasiyasına dəstək məqsədi daşıyır.
Qeyd olunub ki, sözügedən maliyyə paketi qüvvəyə minməsi üçün hələ Avropa İttifaqı Şurasının yekun təsdiqini tələb edir. Hazırda Macarıstan sənədin qəbul prosesini bloklayır. 2026–2027-ci illəri əhatə edən 90 milyard avroluq proqram çərçivəsində 60 milyard avronun hərbi ehtiyaclara, 30 milyard avronun isə büdcə dəstəyinə yönəldilməsi nəzərdə tutulur.
