Prezident Zurabişvili daha bir ölkə ilə vizanın götürülməsi üçün səfərə hazırlaşır…

Ölkə Prezidenti Salome Zurabişvili mayın 10-da Şimali Makedoniyaya rəsmi səfər edəcək.

Bu barədə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Villa Vodno Sarayında keçiriləcək Gürcüstan Prezidentinin rəsmi qarşılanma mərasimindən sonra Şimali Makedoniya Respublikasının Prezidenti ilə təkbə-tək və geniş formatlı görüşlər planlaşdırılır.

Rəsmi səfər zamanı, Gürcüstan və Şimali Makedoniya Respublikası arasında vizadan imtina haqqında Saziş və Şimali Makedoniya Respublikası ilə mədəni əməkdaşlıq haqqında Memorandum imzalanacaq.

Gürcüstan Prezidentinin rəsmi nümayəndə heyətinə aşağıdakılar daxildir: Prezident Administrasiyasının rəhbəri Natia Sulava, Gürcüstan Parlamentinin üzvü, Şimali Makedoniya ilə Parlament Dostluq Qrupunun rəhbəri Givi Mikanadze, mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani, xarici işlər nazirinin müavini Vaxtanq Maxaroblişvili və s.

Prezidentin Şimali Makedoniyaya rəsmi səfəri mayın 11-də başa çatacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey