Tbilisidə keçirilən aksiya zamanı gərginlik yaşanıb, saxlanılanlar var
Mərkəzi Seçki Komissiyasının binası önündə keçirilən etiraz aksiyası zamanı polislə etirazçılar arasında gərginlik yaşanıb.
İnsident zamanı ümumilikdə 3 nəfər inzibati qaydada saxlanılıb.
Polisin məlumatına görə, aksiya zamanı iştirakçılar qanunsuz olaraq Aqmaşenebeli prospektini bağlamağa cəhd ediblər.
Qeyd edək ki, vətəndaş cəmiyyətinin üzvləri sabah saat 19:00-da parlament binası önündə genişmiqyaslı aksiya elan ediblər.