Şəkidə avtobus qəzası nəticəsində yaralıların sayı 10 nəfərə çatıb
Şəki şəhərində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı 10 nəfərə çatıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, bu, “Mercedes” markalı mikroavtobusun Qax rayonundan olan 1987-ci il təvəllüdlü sürücüsü Əliyev Akşin Adil oğludur.
O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.