Azərbaycandan gələn Gürcüstan vətəndaşları sərhəddə qalıb

Azərbaycandan gələn Gürcüstan vətəndaşları ölkə ərazisinə daxil olmaqla bağlı çətinliklərlə üzləşirlər.

Hazırda 140 nəfər “Sınıq körpü” sərhəd-keçid məntəqəsinin yaxınlığında toplaşıb.

Onların Gürcüstana keçmələrinə hələ icazə verilmir. Vətəndaşlar COVID-19 testi verməyib lakin onlar Vətəndə karantinə alınmağa razıdırlar. Həmin şəxslər arasında ahıl, xəstə, uşaqlı qadınlar və azyaşlılar var. Gürcüstan tərəfinin sərhədi nə zaman açacağı məlum deyil.

Qeyd edək ki, ötən gün Gürcüstan-Azərbaycan sərhədinin birtərəfli qaydada açılacağı barədə məlumatlar yayılıb. Gürcüstan vətəndaşlarının yaxın günlərdə Azərbaycandan ölkə ərazisinə keçmələrinə icazə veriləcəyi bildirilib.

Gürcüstanın Azərbaycandakı konsulluğu isə vətəndaşlara müraciət edərək səfərlə bağlı tələsməməyə çağırır!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey