Xamenei 2 mindən çox məhkumu əfv edib
İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei müxtəlif cinayətlərə görə məhkum edilmiş 2 108 nəfərin əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi barədə qərar qəbul edib.
Dalgatv-nin İran mediasına istinadən verdiyi məlumata görə, müvafiq qərar İran məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyin Möhseni Ejevi tərəfindən Ali Rəhbərə ünvanlanan müraciət əsasında verilib. Müraciətdə Şaban ayı və İslam İnqilabının 47-ci ildönümü münasibətilə bir qrup məhkumun əfv olunması və ya cəzalarının yüngülləşdirilməsi xahiş edilib.
Qeyd olunub ki, qəbul edilən qərar çərçivəsində son etiraz aksiyaları ilə əlaqədar həbs edilən şəxslər əfv siyahısına daxil edilməyib. Bu barədə Qülamhüseyn Möhseni Ejeyi əvvəlcədən rəsmi açıqlama verib.
