ABŞ-ın Gürcüstandakı yeni səfiri təsdiqlənib

ABŞ Senatı Kelli Deqnanın (Kelly C. Degnan) Gürcüstana səfir təyin olunmasını dəstəkləyib.

Bu barədə Senatın rəsmi saytında bildirilib.

K.Deqnan hazırda ABŞ Hərbi Dəniz Qüvvələri rəhbərliyinin Avropa və Afrika üzrə siyasi məsləhətçisidir.

Səfir vəzifəsinə namizədin diplomatik missiyalarda 25 illik iş təcrübəsi var. K.Deqnan ABŞ-ın Türkiyədəki səfirliyində siyasi müşavirin müavini vəzifəsində də çalışıb. O, italyan, fransız, türk və digər xarici dilləri bilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkənin Gürcüstandakı səfir postuna K.Deqnanın namizədliyini bu ilin sentyabrında irəli sürüb.

ABŞ-ın Gürcüstandakı səfir postu 2018-ci ilin martından vakant qalıb. 2015-2018-ci illərdə bu vəzifəni Yan Kelli tutub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey