Qubernator Kvemo-Kartlidəki son vəziyyəti şərh etdi

Kvemo-Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, koronavirusla əlaqədar, bölgədəki son vəziyyəti şərh edib.

24News.ge xəbər verir ki, qubernator bölgədə virusun, nəzarətsiz şəkildə yayılma hallarının olmadığını bildirib.

“Kvemo Kartlidə, ümumilikdə 207 təstiqlənmiş hal var. Onlardan 57 nəfəri sağalıb. Bolnisidə isə bir neçə mərkəz yaradacağıq və risk qrupunda olanlar, aktiv şəkildə yoxlanılacaq. Muşevani (Dəllər) kəndində artıq başladıq. Bu iş Keda kəndində də aparılacaq. Virusa yoluxma tək-tək artım olur və Kvemo-Kartli bölgəsində virusun nəzarətsiz yayılma halları yoxdur,” – deyə Rexviaşvili bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey