Gürcüstanda qüvvədə qalan məhdudiyyətlər – Siyahı

Ölkə ərazisində mayın 22-dək fövqəladə vəziyyət qüvvədə qalacaq.

Komendant saatının da (21:00 – 06:00) tətbiqi davam etdirilir.

Qüvvədə qalan digər məhdudiyyətlər:

1. İctimai yerlərdə tibbi maskadan mütləq istifadə edilməlidir.

2. İctimai nəqliyyat və metronun hərəkətinin qadağası davam edir.

3.Taksi və şəxsi avtomobillər üçün ciddi reqlament davam etirilir: Beləki, arxa oturacaqda yalnız 2 sərnişin əyləşə bilər.

4. Mağaza və apteklər istisna olmaqla, üç nəfərdən artıq şəxsin bir yerə toplaşması qadağandır.

5. Market və apteklərdə sosial məsafə qorunmalıdır (2 metr).

6. Evdən çıxan vətəndaşların hamısı şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsini özləri ilə götürməlidirlər.

7. 70 yaşdan yuxarı olan insanların evdən çıxması qadağandır. Onlar yaxınlıqdakı mağaza, aptek və tibb müəssisəsinə gedə bilərlər.

8. Avtomobil və dəmir yolu ilə bütün şəhərlərarası sərnişin daşımaları, həmçinin daxili aviareyslərin qadağası davam etdirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey