Marneuli rayonunun Qırıxlı kəndində müqəddəs Qurban bayramı qeyd olunub

Bu gün Gürcüstanda yaşayan müsəlmanlar müqəddəs Qurban bayramını qeyd edirlər.

Ölkənin bir sıra şəhər, rayon və kəndlərində bayram yüksək təmtəraqla qeyd olunub.

Marneuli rayonunun Qırıxlı kəndində Hz Fatimə (s.ə) adına məscidə də müqəddəs Qurban bayramı qeyd olunub.

Səhər saat 08:00-da Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

Daha sonra məsciddə kəndin yaşlı sakinləri üçün bayram süfrəsi qurulub. Məscidin axundu Kərbəlayı Azər Məmmədov, məclisdə çıxış edərək Qurban bayramı münasibətilə bütün müsəlmanları təbrik edib. O, inanclıların dua, ibadət və qurbanlarının qəbul olunmasını diləyib. Həmçinin o, Qurban bayramının fəzilətlərindən, önəmindən eləcə də tarixindən danışıb.

Bayram münasibətilə məscidə kəsilən Qurban payından, kəndin 30-dan artıq ehtiyaclı sakinlərinə də ehsanlar edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey