Türkiyədə qalan Gürcüstan vətəndaşlarının nəzərinə – Vaxta az qalıb!
“Panidemiya səbəbindən Türkiyəni tərk edə bilməyən şəxslər 30 iyun tarixinədək cərimələnməyəcəklər”.
Bu barədə Gürcüstanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Məlumata əsasən, pandemiya üzündən təyin olunan məhdudiyyətlərdən irəli gələrək, Türkiyəni tərk edə bilməyən şəxslər 30 iyun tarixinədək cərimələnməyəcəklər, lakin 30 iyun tarixindən sonra qeyd olunan şəxslər Türkiyəni tərk etməlidirlər, əks təqdirdə onlara cərimə tətbiq olunacaq.
Tətbiq olunan məhdudiyyətlər səbəbindən martın 29-dan etibarən Türkiyə ərazisində qalan və qanuni yaşama müddəti başa çatan Gürcüstan vətəndaşları 30 iyun tarixinə qədər Sarp gömrük keçid məntəqəsi vasitəsi ilə Türkiyə ərazisini tərk etməlidirlər. Vətəndaşlar iyulun 1-dən sonra tərk etməli olsalar onlara sərhədi keçərkən qanunla nəzərdə tutulmuş cərimə tətbiq olunacaq.
Sözügedən məsələ ilə bağlı əlavə suallarınız qaynar xəttə zəng etməklə örgənə bilərsiz:
(Gürcüstanın Ankara şəhərindəki səfirliyinin qaynar xətti: +90 533 690 30 40; +90 539 220 82 80)
(Gürcüstanın İstanbul şəhərində Baş Konsulluğunun qaynar xətti: +90 541 818 44 00)
(Gürcüstanın Trabzon şəhərindəki Baş Konsulluğunun qaynar xətti: +90 541 326 22 26)