Nazirdən şad xəbər: “Qarşıdakı aylarda ərzaq məhsullarının qiymətinin aşağı enəcəyini gözləyirik”
“Biz, qarşıdakı aylar ərzində, ərzaq məhsullarının qiymətinin aşağı enəcəyini gözləyirik”.
Bu sözləri, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri, Levan Davitaşvili bildirib.
“Bu gün görürük ki, bütün önəmli ərzaq məhsullarının qiymətlərində düşüş var. Qiymətin düşməyi şəkərdə, makaronda, yağda və.s hiss edilir. İlkin qida məhsullarından ən çox qiymət artımı qarabaşaqda (qreçkada) hiss edildi. Bu qida vasitəsinin qiymət artımını dövlət sığortalamışdır. Biz qarşıdakı aylar ərzində qiymətlərin yenidən aşağı düşəcəyini gözləyirik. Bu beynəlxalq tendensiyadır və bununla birlikdə, bizim artıq mövüsmü, yerli məhsullarımız da bazara daxil olur”, – deyə nazir bildirib.