Gürcüstandan havaya qalxan kiçik təyyarə Türkiyə sahillərində suya enib

Gürcüstandan havaya qalxan, göyərtəsində iki nəfərin olduğu kiçik təyyarə Türkiyənin Rizə vilayəti sahillərində suya məcburi eniş edib.

Dalğatv Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Rizənin Çayəli rayonu sahillərində qeydə alınıb.

Hadisədən sonra Türkiyənin aidiyyəti qurumları tərəfindən ərazidə axtarış-xilasetmə əməliyyatı həyata keçirilib. Əməliyyat nəticəsində təyyarədə olan iki nəfər xilas edilib.

İlkin məlumata görə, təyyarə Gürcüstanın Batumi şəhərindən havaya qalxıb.

Təyyarənin suya məcburi eniş etməsinin səbəbi hələlik məlum deyil. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey