“Gürcüstanda aztəminatlı və çox uşaqlı ailələrə, 600 lari yardım veriləcək – Açıqlama

“Gürcüstan hökuməti aztəminatlı və çox uşaqlı ailələr üçün də yardım nəzərdə tutub”.

24News.ge xəbər verir ki, bu açıqlamanı baş nazir Giorgi Qaxaria edib.

Baş nazirin sözlərinə görə, sosial balları 65 000-dən, 100 000-dək olan aztəminatlı ailələrə hökumət 6 ay ərzində, ümumilikdə 600 lari verəcək.

Qaxaria, sözügedən yardımdan ölkə üzrə 70 min ailənin faydalanacağını bildirib. Baş nazir əlavə edib ki, çox uşaqlı ailələrə, hansılar ki, sosial reytinq balı 0-dan 100 000-dəkdir, və onların 3 nəfər, 16 yaşadək uşaqları varsa, dövlət onlara da 6 ay ərzində, 600 lari verəcək. O, əlavə edib ki, hal-hazırda ölkədə 21 000-dək bu cür ailə var.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey