Gürcüstanın Baş Naziri “Akkord STİK” ASC-nin Çiatura şəhərində həyata keçirdiyi işlərlə tanış olub

Gürcüstanın baş naziri Cənab Giorgi Qaxariya, Tbilisi şəhərinin meri Cənab Kaxa Kaladze və digər dövlət rəsmilərinin iştirak etdiyi nümayəndə heyəti Çiatura şəhərində Su Təchizatı Sisteminin Tikintisi layihəsinin açılış mərasimində işitirak etmişdir və nümayəndə heyətinə “Akkord STİK” ASC-nin Gürcüstan nümayəndəliyi “Akkord Georgia” şirkətinin direktoru Məzahir Abdullayev, layihələr üzrə koordinatoru Elnur Mahmudov və layihə rəhbəri Çağatay Karabuğa tərəfindən layihədə görülmüş işlər barəsində ətraflı məlumat verilmişdir. Görüş zamanı baş naziri maraqlandıran suallar cavablandırılmış və layihədə inşa edilmiş su paylayıcı şəbəkələr, su rezervuarları, xlorlama binası, nasosxanalar, arteziyan quyuları, müasir SCADA sistemi (bütün sistemin mərkəzdən kompyuter vasitəsi ilə idarə oluması) və AMR su sayğac sistemi (uzaqdan oxana bilən su sayğacları) ilə qonaqlar yaxından tanış edilmişdir. Cənab Baş Nazirə pandemiya dövründə şirkətin gördüyü tədbirlərdən danışılmış, işçilərin təhlükəsizliyi yönündə atılan addımlar barədə məlumat verilmişdir.
Qeyd etmək istərdik, layihənin icrasına 250 nəfər işçi heyəti cəlb edilmişdir və bu heyətin 80 %-i Gürcüstan vətəndaşıdır.
Tikintisinə 23 oktyabr 2017-ci ildə başlanmış layihə üzrə aşağıdakı işlər görülmüşdür.
107 km uzunluğunda su paylayıcı şəbəkə çəkilmişdir
2 ədəd yeni su rezervuarı tikilmişdir
7 ədəd mövcud su rezervuarı rehabilitasiya edilmişdir
3 ədəd yeni nasosxana tikilmişdir
1 ədəd mövcud nasosxana rehabilitasiya edilmişdir
1 ədəd xlorlama binası və sistemi inşa edilmişdir
7 ədəd arteziyan quyusu qazılmışdır
8800 abonəyə AMR modullu su sayğacı qoyulmuşdur (uzaqdan oxuna bilən sayğaclar)
Müasir SCADA sistemi quraşdırılmışdır (bütün sistemin mərkəzdən kompyuter vasitəsi ilə idarə edilə bilməsi)
Ümumilikdə Çiatura şəhəri və Navardzeti bölgəsində 20 000 əhali 24 saatlıq fasiləsiz su ilə təmin edilmişdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey