Gürcüstanda koronavirusdan sağalanların sayı artdı – Son rəqəmlər

Ölkədə koronavirus diaqnozu qoyulan daha 7 pasiyent sağalıb.
Bu barədə hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19 infeksiyasından sağalanların sayı 139-a çatıb.

Qeyd edək ki, indiyədək ölkədə bu virus 456 nəfərdə təsdiqlənib. Onların 5-i dünyasını dəyişib.

Hazırda karantində 5206, stasionar nəzarətdə isə 571 nəfər saxlanılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey