Marneulidə COVID-19-a yoluxanların əksəriyyəti sağalıb – Son açıqlama
Marneuli rayonunda koronavirusa bu günədək ümumilikdə 22 nəfər yoluxub.
24News.ge xəbər verir ki, bunu rayon meri Zaur Darğallı bildirib.
Onun sözlərinə görə, həmin şəxslərin 15-i artıq sağalıb: “Marneulidə 38 nəfər özünütəcrid rejimindədir”, – deyə o qeyd edib.
Z.Darğallı qeyd edib ki, Marneulidə yaz əkin işləri davam etdirilir və rayon rəhbərliyi fermerlərə kənd təsərrüfatı məhsullarının satışını təşkil etməyə davamlı dəstək göstərir.