Marneulidə həmkəndlisini qətlə yetirən azərbaycanlı gənc saxlanıldı

Gürcüstanın Marneuli rayonunun Kürtlər kəndində qətl törədən 32 yaşlı azərbaycanlı gənc saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs mübahisə zamanı həmkəndlisi olan 28 yaşlı gənci soyuq silahla qətlə yetirərək hadisə yerindən qaçıb.

Faktla bağlı şəxsin ölümünə səbəb olan sağlamlığa qəsdən ağır zərər vurma maddəsi üzrə cinayət işi açılıb. Bu cinayətə görə 4 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey