Dünyada koronavirusun ən çox yayıldığı ölkələr açıqlandı – SİYAHI

Dünyada koronavirusa ən çox yayılma halı Çində qeydə alınıb.

Bu ölkədə 81 321 nəfər COVID-19 infeksiyasının daşıyıcısıdır.

Pandemiyanın ən çox yayıldığı ölkələrin siyahısında İtaliya ikinci yerdə qərarlaşıb. Rəsmi məlumata görə, bu ölkədə 53 578 koronavirusa yoluxma təsdiqlənib.

ABŞ COVID-19-un təsdiq edilmiş yoluxma hallarının sayına görə Çin və İtaliyadan sonra dünyada üçüncü yerə çıxıb.

Bu barədə ABŞ-ın federal və yerli hakimiyyətinin statistikasını aparan Cons Hopkins Universiteti bildirib.

Qeyd edilir ki, ölkədə təxminən 25,5 min koronavirusa yoluxma qeydə alınıb, 300-dən insan pandemiyanın qurbanı olub.

Universitetin məlumatına görə, ABŞ-da yeni virusa 25 493 yoluxma təsdiqlənib, 307 nəfər ölüb.

ABŞ koronavirusun yayılmasına görə yalnız Çindən və İtaliyadan geri qalır. Son həftə ərzində bu ölkədə COVID-19 infeksiyasına yoluxma halları onqat artıb.

Qeyd edək ki, ABŞ-dan sonra siyahıda İspaniya qərarlaşıb. Bu ölkədə 25,3 min nəfər yeni virusun daşıyıcısıdır. Almaniya siyahıda (22,2 min nəfər) 5-ci, İran (20,6 min nəfər) 6-cı yerdədir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey