Gürcüstanla Azərbaycan arasında gediş-gəliş bir sərhəd məntəqəsilə mümkün olacaq

Gürcüstan və Azərbaycan arasında vətəndaşların gediş-gəlişi yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq.

Bu barədə qərar Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasının növbəti iclasında qəbul olunub.

İki ölkə arasında bütün sərhəd-keçid məntəqələrində yük daşımalarının sərbəst hərəkəti təmin olunacaq.

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında martın 14-dən etibarən vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb. Bu günə qədər iki ölkə arasında insanların hərəkəti “Qırmızı körpü” və “Laqodexi” sərhəd məntəqələri vasitəsilə təmin olunub.

Gürcüstan martın 18-dən etibarən bütün xarici ölkə vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub. Qonşu ölkə yanlız öz vətəndaşlarını qəbul edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey