Azərbaycanın Gürcüstandakı Səfirliyi Kaxeti bölgəsinə humanitar yardım etdi

Azərbaycan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, Dursun Həsənov, Gürcüstanın Kaxeti bölgəsinə səfər edib.

24News.ge xəbər verir ki, səfir, Kaxeti bölgəsinin qubernatoruna, aztəminatlı ailələrə çatdırılması üçün, 200 ərzaq qutusu təhvil verib.

Dursun Həsənovu qəbul edən bölgə qubernatoru, İrakli Kadaqişvili, yardıma görə, ona və Azərbaycan xalqına təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərbaycan Səfirliyi daha əvvəl də “Azərbaycanlı İş adamları Birliyi”nin maliyyə dəstəyi ilə Marneuli və Bolnisiyə 600 bağlama humanitar yardım etmişdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey