Marneulidən koronavirusa yoluxmuş iki şəxs klinikaya yerləşdirilib
“Koronavirusa yoluxmuş, Marneulidən olan daha iki şəxs Vaxtanq Bocorişvili adına Tbilisidəki klinikaya yerləşdirilib”.
24News.ge xəbər verir ki, bu barədə sözügedən klinikanın həkimi, Maka Soloğaşvili bildirib.
Onun sözlərinə görə, Marneulidən gətirilən pasyentlərin vəziyyətləri qənaətbəxşdir.
“Hal-hazırkı məlumatlara görə, klinikada 47 pasyent müalicə alır. Onların 22 nəfərində Covid-19 infeksiyası təstiqlənib. 22 pasyentdən 2 nəfəri Marneulidən gətiriliblər. Onlar başqa-başqa ailənin üzvləridirlər. Klinikamızda 2 nəfər isə sağalıb və evə buraxılıblar”, – deyə Maka Soloğaşvili bildirib.