Gürcüstan DİN Tbilisidə baş verən silahlı insidentlə bağlı məlumat yayıb

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə, “Basiani” klubunda baş verən insidentlə bağlı məlumat yayıb.
“Report”un yerli bürosu xəbər verir ki, hadisəni törədən şəxs “isti izlər”lə saxlanılıb.

Məlumata əsasən, həmin şəxs klubun girəcəyində atəş açaraq 3 nəfəri yaralayıb və hadisə yerindən qaçıb. Yaralıların həyatı təhlükədə deyil.

Saxlanılan şəxsin üzərindən odlu silah, 6 bıçaq və 23 patron götürülüb. Onu 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey