Koronavirus pandemiyasının başa çatacağı vaxt açıqlandı

Koronavirus pandemiyası ilk yoluxma halları qeydə alındığı vaxtdan altı-yeddi ay sonra bitəcək.

Bu barədə Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin bölmə rəhbəri, İvanovski adına Virusologiya İnstitutunun şöbə müdiri Aleksandr Butenko bildirib.

“Digər iki heyvani koronavirus infeksiyası – SARS (Çin, 2002-2003) və MERS (Səudiyyə Ərəbistanı, 2012-2014) ilk yoluxma hallarının qeydə alınmasından təxminən 6-7 ay sonra başa çatdı. Bu dəfə də belə olacağı gözlənilir. Ancaq SARS-CoV-2 xəstələrdən sağlam insanlara ötürülmək baxımından daha böyük potensiala malikdir”, – mütəxəssis vurğulayıb.

Daha əvvəl virusoloq, Rusiya Elmlər Akademiyasının akademiki Feliks Yerşov əhalinin 70-80 faizi yoluxduqdan sonra pandemiyanın enişə doğru irəliləyəcəyini söyləmişdi. Onun sözlərinə görə, virusun sağlam daşıyıcıları hazırda təbii peyvənd kimi xidmət edirlər, başqa sözlə, kollektiv immunitetin yaranmasına töhfə verirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey